Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 14-dən 15-dək Mons şəhərində (Belçika Krallığı) Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransı, iyunun 14-dən 18-dək Latina şəhərində (İtaliya) “Rabitə və informasiya sistemləri üzrə tanışlıq” kursu, iyunun 14-dən 19-dək Bakı şəhərində (Azərbaycan Respublikası) NATO-nun Yay Məktəbi, iyunun 14-dən 25-dək Saraqosa şəhərində (İspaniya) “Mülki Hərbi Əməkdaşlıq” üzrə taktiki kurs və iyunun 15-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Silahlı Qüvvələrin Silahlandırılması üzrə Qrupunun iclası keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.