AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 16-da saat 09:10-dan 09:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.3 km. şimal-şərqində yerləşən mövqelərindən və saat 19:55-dən 20:10-dək Qazax rayonunun işğal olunmuş adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.