ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 23-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Goranboy rayonunun Borsunlu kəndinin qərbində yerləşən qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Yurgen Şmidt keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfındə isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Kennet Pikles və Gennadi Korj keçirəcəklər.