Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Boris Alesenkonu, yeni təyin olunmuş hərbi attaşesi 1-ci dərəcəli kapitan Yuri Yuzkonu və sabiq hərbi attaşesi polkovnik Vladimr Qapeliki qəbul etmişdir.
Müdafiə naziri qonaqları səmimi salamlayaraq Azərbaycan-Ukrayna münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə yaxşı vəziyyətdə olduğunu qeyd etmişdir.
Səfir B.Aleksenko bu gün Ukraynada mövcud olan siyasi, iqtisadi vəziyyət haqqında Müdafiə nazirinə ətraflı məlumat verərək qeyd etmişdir ki, Ukraynada prezident seçkilərinə hazırlıq gedir. O, Ukrayna Silahlı Qüvvələrində davam edən hərbi islahatlar haqqında da general-polkovnik S.Əbiyevə məlumat vermişdir. Səfir cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ukrayna-Azərbaycan əlaqələrinin yeni mərhələyə daxil olduğunu xüsusi vurğulamışdır.
Sonra o, Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi 1-ci dərəcəli kapitan Y.Yuzkonu Müdafiə nazirinə təqdim etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Ukrayna Azərbaycan   Respublikasında öz Silahlı Qüvvələrinin hərbi attaşesini təyin edən ilk dövlətlərdən biridir. Azərbaycan öz strateji müttəfıqi kimi Ukrayna ilə ikitərəfli münasibətlərini yüksək qiymətləndirir. O, demişdir: “İki dövlətin hərbi münasibətləri yüksələn xəttlə inkişaf edir”.
Müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi polkovnik V.Qapelikə xidmətə görə təşəkkür etmiş, yeni təyin edilmiş hərbi attaşe 1-dərəcəli kapitan Y.Yuzkoya Azərbaycan-Ukrayna hərbi əlaqələrinin yeni səviyyəyə qalxmasında uğurlar arzulamışdır.
1-dərəcəli kapitan Y.Yuzko özünü general-polkovnik S.Əbiyevə təqdim edərək tərcümeyi-halı və keçdiyi hərbi xidmət yolu barəsində ona məlumat vermişdir.
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmişlər.