Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Daxili İşlər naziri cənab Georgi Baramidzeni və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Azərbaycan və gürcü xalqlarının qədim dostluq tarixindən söhbət açmış və 1993-cü ildə mərhum eks-prezident Heyder Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu dostluğun yeni vüsət aldığını, Azərbaycan və Gürcüstan dövlətlərinin strateji müttəfiqlərə çevrildiyini söyləmişdir.
Qəbul üçün minnətdarlıq edən cənab G.Baramidze general-polkovnik S.Əbiyevin sözlərini təsdiqləmiş və bu gün Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin şəxsində bu münasibətlərin yeni mərhələyə yüksəldiyini söyləmişdir. O, Azərbaycanın sabiq prezidenti H.Ə1iyevin bütün Qafqaz xalqları üçün etdiyi xeyirxah əməllərə görə Azərbaycan xalqına təşəkkür etmişdir.  
Tərəflər Azərbaycan və Gürcüstan münasibətləri ətrafında fikir mübadiləsi etmişlər.
Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Qumberidze iştirak etmişdir.