Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 20-də Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Miroslav Vımetal və Oleksandr Samarski, həmçinin Yüksək Səviyyəli İşçi Qrupunun nümayəndəsi keçirməli idilər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Harri Eronen, həmçinin Yüksək Səviyyəli İşçi Qrupunun nümayəndəsi keçirməli idilər.
Sentyabrın 20-də saat 11:53-də monitorinqin keçirilməsinə başlanarkən Ermənistan Silahlı Qüvvələri bölmələrinin sol cinahından Azərbaycan tərəfdə monitorinqi keçirən heyət istiqamətində atəş açılmışdır. Bu zaman erməni tərəfdən atəşkəsin pozulmasını qeydə alan səhra köməkçisi Miroslav Vımetal bu barədə dərhal səfir Anjey Kaspşikə məlumat vermiş və nəticədə sonuncunun qərarı ilə monitorinqin keçirilməsi dayandırılmışdır.