Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq”   proqramı çərçivəsində
- Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) sentyabrın 25-dən 28-dək “Xəzər hövzəsində enerji təhlükəsizliyi” mövzusunda konfrans və sentyabrın 26-dan 29-dək “Beynəlxalq humanitar hüquq və mövcud münaqişələr: “yeni dilemmalar və problemlər” mövzusunda konfrans;
- sentyabrın 26-dan 30-dək Tirana şəhərində (Albaniya Respublikası) “Combined Endeavor-2006” təliminin konsepsiya planlaşdırma konfransı;
- sentyabrın 28-dən 30-dək Stokholm şəhərində (İsveç Krallığı) “Hərbi  koordinasiyası” üzrə konfrans keçirilir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 26-dan 28-dək Aktau şəhərində “Zabitlərin və kiçik mütəxəssislərin hazırlığı, Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun təkmilləşdirilməsi və gəmilərin təmiri” üzrə təcrübə mübadiləsi;  
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, sentyabrın 27-dən 28-dək Minsk şəhərində “Xilasedicilərin hazırlanmasında müasir tendensiyalar. Xilasedicilərin hazırlanması üzrə beynəlxalq mərkəz - reallıq və perspektivlər” mövzusunda seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.