NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 26-dan 29-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Beynəlxalq humanitar hüquq və mövcud münaqişələr: yeni dilemmalar və problemlər” mövzusunda konfrans;
- sentyabrın 26-dan 30-dək Tirana şəhərində (Albaniya) Combined Endeavor 2006 təliminin konsepesiya planlaşdırma konfransı;
- sentyabrın 27-dən 29-dək Pekin şəhərində (Çin Xalq Respublikası) Təbii fəlakətlərin aradan qaldırılması üzrə Asiya konfransı;
- sentyabrın 27-dən 28-dək Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığına əsasən Minsk şəhərində (Belarus Respublikası) “Xilasedicilərin hazırlanmasında müasir tendensiyalar. Xilasedicilərin hazırlanması üzrə beynəlxalq mərkəz - reallıq və perspektivlər” mövzusunda beynəlxalq seminar;
- sentyabrın 26-dan 28-dək Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlığına əsasən Aktau şəhərində (Qazaxıstan Respublikası) zabitlərin və kiçik mütəxəssislərin hazırlığı, Hərbi Dəniz Qüvvələri infrastrukturunun və gəmilərin təmiri üzrə təcrübə mübadiləsi mövzusunda görüşlər keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.