Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 25-də Mərkəzi Hərbi Klinik Hospitalda “Virus hepatitləri haqqında müasir təsəvvürlər, müasir diaqnostika və müalicə tədbirlərinin təşkili, hərbi qulluqçular arasında virus hepatitlərinin yayılmasının xüsusiyyətləri” mövzusuda konfrans keçiriləcəkdir.
Konfransı Silahlı Qüvvələrin Tibb Xidməti rəhbərliyi və Mərkəzi Hərbi Klinik Hospitalın komandanlığı təşkil etmişdir.
Konfransa Silahlı Qüvvələrin hərbi tibbi hissə və müəssisələrinin terapiya və yoluxucu xəstəliklər bölmələrinin rəisləri, əlahiddə tibbi taburların hospital taqımlarının komandirləri dəvət edilmişlər.