Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bu günlərdə Bakı şəhərində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə maddi-texniki yardımının növbəti təqdimatı olub.
Mərasim hər iki dövlətin dövlət himnləri ilə başlayıb.
Mərasimdə çıxış edən Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ömər Bayraqlı qeyd etmişdir ki, həm hərbi təhsil, həm də maddi-texniki təminat sahəsində Türkiyənin Azərbaycana göstərdiyi qardaş yardımı davam etməkdədir.
Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayan hər iki dövlət və Silahlı Qüvvələr rəhbərliyinə təşəkkür edən briqada generalı Ö.Bayraqlı hədiyyə edilən ləvazimatın yeni məhsul olduğunu söyləyərək qeyd etmişdir ki, Azərbaycan Ordusuna indiyə qədər göstərilən yardım qardaşlıq köməyidir və bu yardım iqtisadi rəqəmlərlə ifadə edilə bilməz.
Mərasimdə çıxış edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Piri İsrafilov yardıma görə Türkiyə Respublikasının və Silahlı Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.
Təxminən 3.2 milyon ABŞ dolları məbləğində qiymətləndirilən yardım səhra avtomaşınları üzərində qurulmuş 10 çörəkxana, müxtəlif növ rabitə vasitələri və digər ləvazimatdan ibarətdir.