Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunun direktoru general-mayor Rıfkı Durusoyu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycanın NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulamışdır.
General-mayor R.Durusoy səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və rəhbərlik etdiyi qrupun fəaliyyəti haqqında ona ətraflı məlumat vermişdir.
Tərəflər Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri haqqında fikir mübadiləsi etmişlər.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada-generalı Ömər Bayraqlı iştirak etmişdir.