Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də saat 02:35-dən 02:45-dək Cəbrayıl rayonunun işğal olunmuş Lələ İlahi dağının 1,3 km. şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 02:40-dan 02:45-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 1,5 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şimalında yerləşən üzbəüz mövqelərini;
- saat 05:20-dən 05:35-dək Füzuli rayonunun işğal olunmuş Qorqan kəndinin 1,8 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.