Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 13-də saat 18:35-dən 18:45-dək İcevan rayonunun Berkaber kəndinin 0,4 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli kəndinin ərazisində yerləşən mövqelərini;
- mayın 14-də saat 00:55-dən 00:57-dək və 03:30-dan 03:35-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,5 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
-  saat 04:05-dən 04:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 1 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.