Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 29-da saat 12:00-dan 12:20-dək Qazax rayonunun Məzəmli kəndinin 0,4 km. cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini və Məzəmli kəndini;
- saat 18:30-dan 20:30-dək Goranboy rayonunun ərazisində işğal olunmuş adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsində yerləşən mövqelərini ara-sıra;
- saat 18:55-dən 19:05-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
-  saat 19:35-dən 19:45-dək Ağdam rayonunun işğal olunmuş Novruzlu kəndinin 0,3 km. qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Yusifcanlı kəndi sahəsindəki üzbəüz mövqelərini avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.  
Bütün hallarda düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.