Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 30-da saat 21:50-dən 22:15-dək Ağdam rayonunun Tağıbəyli kəndinin 2 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 21:15-dən 23:35-dək Qazax rayonunun Məzəmli kəndinin 0,5 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini və kəndin özünü ara-sıra avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Bir nəfər Məzəmli kənd sakini yaralanmışdır.
Bütün hallarda düşmənə cavab atəşi açılmışdır.