Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 8-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00:05-dən 00:45-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 1,5 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsində yerleşen üzbəüz mövqelərini və saat 01:10-dan 01:20-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Məhrizli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Hər iki halda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.