Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 6-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 23:15-dən 23:40-dək Ağdam rayonunun işğal olunmuş Başqərvənd kəndinin 0.5 km. cənubunda və 0,3 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin müvafiq olaraq üzbəüz və Çıraqlı kəndi sahəsindəki mövqelərini;
- aprelin 7-də 02:20-dən 02:25-dək Tərtər rayonunun Seysulan kəndinin 0.5 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini;
- saat 03:30-dan 04:30-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1.6 km cənub-şərqində, işğal olunmuş Şıxlar kəndinin 0.2 km. şimal-şərqində və işğal olunmuş Başqərvənd kəndinin 0.2 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı, Ortaqərvənd kəndləri sahəsindəki və işğal olunmuş Başqərvənd kəndinin qərb civarlarında yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.  
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.