Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 5-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:30-dan 21:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin işğal olunmuş 3.2 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı  Qüvvələrinin həmin kəndin sahəsində yerləşən üzbəüz mövqelərini iriçaplı pulemyotlardan;
- aprelin 6-da saat 00:10-dan 01:35-dək Ağdam  rayonunun işğal olünmuş Nəmirli kəndinin 0.4 km. şərqində və saat 04:00-dan 04:10-dək Əhmədağalı kəndinin 1.6 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin hər iki kəndin sahəsində yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Hər üç halda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.