Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı xanım Meri Verntzi qəbul etmişdir.  
Müdafiə naziri qonağı salamlayaraq Müdafiə Nazirliyinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığını yüksək qiymətləndirmiş və bu əməkdaşlığın bundan sonra da davam ədəcəyini bildirmişdir. O, demişdir ki, buna baxmayaraq, əməkdaşlıq prosesində bəzi problemlər mövcuddur.
Xanım M.Verntz səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrdə beynəlxalq humanitar hüququn tədrisi, əsir və itkin düşmüş hərbi qulluqçuların azad edilməsi və digər istiqamətlərdə əməkdaşlığın doğrudan da yüksək səviyyədə olduğundan məmnunluğunu vurğulamışdır. O, öz növbəsində bu əməkdaşlıqda qarşıya çıxan bəzi problemlerin mövcudluğunu və onların həllinin zəruriliyini general-polkovnik S.Əbiyevin diqqətinə çatdırmışdır.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, əməkdaşlıqda mövcud olan kiçik problemlər tezliklə həll ediləcəkdir.