AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 11-də saat 01:25-dən saat 02:00-dək Tərtər rayonunun Çaylı kəndinin 4 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 01:40-dan saat 02:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.