Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün general-polkovnik S.Əbiyev Belarus Republikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onu yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Belarus münasibətlərinin inkişafında ona uğurlar arzulamışdır.
Tanışlıq xarakteri daşıyan görüş zamanı tərəflər Azərbaycan-Belarus  münasibətlərinin bütün sahələrdə inkişaf perspektivlərini geniş müzakirə etmişlər.
Cənab N.Patskeviç Belarus Respublikasında mövcud olan ictimai-siyasi vəziyyət barəsində Azərbaycanın Müdafiə nazirinə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Belarus xalqı və Belarus Prezidenti cənab A.Lukaşenko Azərbaycana, onun müstəqilliyinə pozitiv münasibət bəsləyir və Azərbaycanın iqtisadi inkişaf yollarında, xüsusilə enerji daşıyıcılarının istehsalında əldə etdiyi uğurlar onu çox sevindirir.
General-polkovnik S.Əbiyev öz növbəsində Azərbaycan Respublikasının müstəqillik yolları ilə uğurla irəliləməsi, müstəqil daxili və xarici siyasət yürütməsi, bütün istiqamətlərdə yeni uğurlar əldə etməsi barədə qonağa ətraflı məlumat vermişdir. O, Azərbaycan xalqının rifahının günü-gündən yaxşılaşması haqqında qonağı məlumatlandırmışdır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev səfir N.Patskeviçə Azərbaycan-Belarus münasibətlərinin uğurla inikşaf etdirilməsində bir daha uğurlar arzulamışdır.