AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kşiştof Kraevskini qəbul etmişdir. Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri səfiri yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Polşa münasibətlərinin inkişaf etdirilməsində ona uğurlar arzulamışdır.