Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28-də saat 20:35-dən 20:45-dək Tərtər rayonunun işğal olunmuş Göyax kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 23:10-dan 23:40-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Cocuq Mərcanlı kəndi yaxınlığındakı mövqelərini;
- martın 29-u saat 04:00-dan 05:00-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.