Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 15:15-dən 19:35-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini ara-sıra;   
- saat 23:20-dən 23:30-dək İcevan rayonunun Vazaşen kəndinin 2,2 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərini;
- saat 22:40-dan 23:30-dək Berd rayonunun Ayqezor kəndinin 2,7  km və Laqziyal dağının 1,7 km cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Qaralar kəndləri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.