Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 23-də saat 18:20-dən 18:25-dək Qazax rayonunun Məzəmli kəndinin 0,4 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini;  
- saat 19:50-dən 20:00-dək Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 km cənubunda və işğal olunmuş Bağanis Ayrım kəndinin 0,3 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;   
- saat 21:30-dan 21:55-dək Tərtər rayonunun Çaylı kəndinin 0,8 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;   
- saat 22:10-da Tərtər rayonunun Qarmiravan kəndinin 4 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.