Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- fevralın 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Ehtiyatların idarə edilməsi üzrə təhsil proqramı” kursu;
- fevralın 6-dan 17-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Terminologiya kursu”, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “İctimai İnformasiya” kursu və Solneçnoqorsk şəhərində (Rusiya Federasiyası) “Beynəlxalq humanitar hüquq” üzrə təlim kursu keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq fevralın 6-dan 10-dək Bakı şəhərində “Hava məkanının idarə olunması” mövzusunda seminar;  
Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq fevralın 6-dan 24-dək Sibiu şəhərində “NATO rabitə prosedurları” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.