AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Xayçjounu qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri səfiri yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsində ona uğurlar arzulamışdır.