AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Slovakiya Respublikasının Rusiya Federasiyası və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik İvan Bellanı qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri hərbi attaşeni yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Slovakiya hərbi əlaqələrinin inkişaf etdirilməsində ona uğurlar arzulamışdır.