Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2006 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi plana uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində: - fevralm 27-dən martın 10-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “İngilis dili müəllimləri üçün hərbi terminologiya” təlim seminarı; - fevralın 28-dən martın 2-dək Kiyev şəhərində (Ukrayna) “Rapid Trident 2006” təliminin əsas planlaşdırma konfransı və Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Hava əməliyyatları üzrə seminar” keçirilir. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq fevralın 27-dən martın 5-dək Henlou şəhərində “Silahlara nəzarət üzrə müfəttişlər üçün ingilis dili” kursu; Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında martın 17-dək Sibiu şəhərində “NATO rabitə prosedurları” kursu keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.