Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 30-da saat 20:15-dən 22:00-dək düşmən Ağdam rayonunun Yusifcanlı kəndinin 0,5 km cənub-şərqində yerləşən əraziləri yandırmışdır.
İyulun 30-31-də müxtəlif saatlarda Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs pozulmuşdur. Bu vəziyyət Ağdam və Tərtər rayonlarının Əhmədağalı, Başqərvənd, Cəvahirli, Şirvanlı və Karmiravan kəndlərində daha geniş şəkil almışdır. Avtomat və pulemyotlardan aramsız atəşlər açan düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşilə susmağa məcbur olmuşdur.
İtki yoxdur.