Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyun ayının 26-da Müdafiə naziri general-polkovnik Səfər Əbiyev başda olmaqla nazirliyin yüksək rütbəli zabitləri, idarə və xidmət rəisləri, Silahlı Qüvvələr günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Nazir Səfər Əbiyev Silahlı Qüvvələrin şəxsi heyəti adından Heydər Əliyevin məzarı və Şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoymuşdur.
Sonra Gülüstan Sarayında Silahlı Qüvvələr münasibətilə rəsmi ziyafət təşkil olunmuşdur. Ziyafətdə Müdafiə naziri S.Əbiyev geniş təbrik nitqi söyləmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusların əməkdaşları, respublikamızda akkreditə olunmuş hərbi attaşelər, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və müharibə veteranları iştirak etmişlər.