AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycanda səfərdə olan bir qrup yüksək rütbəli zabitini qəbul etmişdir.
Görüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi aparılmışdır.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.