AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 25-də saat 00:15-dən 00:35-dək Ağdam rayonunun Şıxlar və saat 04:20-dən 04:45-dək Cəvahirli kəndləri istiqamətindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Eyni vəziyyət Qazax rayonunun Məzəmli kəndində də baş vermişdir.
Cavab atəşilə düşmənin atəş nöqtələri susdurulmuşdur.
İtki yoxdur.