Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

 Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 12-də
-saat 18:00-dan 18:30-dək Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndinin 0,8 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çıraqlı kəndi sahəsində yerləşən mövqelərini iriçaplı pulemyotlardan;   
- saat 20:00-dan 20:25-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 2,3 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan;
- saat 20:20-dən 20:25-dək Tərtər rayonunu Çaylı kəndinin 3 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.