Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin rəhbəri cənab Xose Luis Errero Ansolanı onun xahişi ilə qəbul etmişdir. Qonağı salamlayan nazir onu ofisə yeni rəhbər təyin edilməsi münasibətilə təbrik etmiş və gələcək işlərində uğurlar arzulamışdır. Səfər Əbiyev ATƏT-in Bakı ofisi ilə əməkdaşlığın prespektivlərinə toxunaraq ona böyük əhəmiyyət verdiyini qeyd etmiş, son günlər ofisin təşkilatçılığı ilə keçirilən seminarın faydalılığını diqqətə çatdırmışdır.
Görüş zamanı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.