Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət Katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Metyu Brayzeni qəbul etmişdir. Görüş zamanı bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılaraq Azərbaycan-Amerika ikitərəfli hərbi əməkdaşlığının perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qəbələ RLS-lə bağlı məsələlər müzakirə edilmişdir. Azərbaycan-Ermənistan münaqişəsinin bölgədə yaratdığı gərginlik görüş zamanı xüsusi vurğulanmış, münaqişənin həlli yolları araşdırılmışdır. Nazir Səfər Əbiyev bildirmişdir ki, vaxtın itirilməsi ermənilərin özünə ziyandır, sabah daha sərt mövqelər nümayiş etdirə bilərik və bunun üçün bizi kimsə günahlandıra bilməz. Öz torpaqlarını işğalçılardan azad etmək Azərbaycanın suveren hüququdur. Ona görə də nə qədər gec deyilsə erməni tərəf bu barədə ciddi düşünməlidir.
Metyu Brayze müdafiə naziri Səfər Əbiyevin fikri ilə razılaşdığını bildirərək qeyd etmişdir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü sözsüz qəbul edir, işğal olunmuş torpaqların geri qaytarılmasında Azərbaycanın mövqeyi ilə bölüşür.