Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-da saat 04:45-dən 05:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 3 km cənub-şərqində yerləşən mövqelərdən həmin kəndin 2,5 km şimal-şərqində yerləşən mövqelərimizi, saat 05:30-dan 05:40-dək Ağdam rayonunun Sarıcalı kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərdən həmin kəndin 1,5 km cənub-şərqində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.