AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 7-də saat 18:50-dən avqustun 8-i saat 05:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs pozulmuşdur. Düşmən Ağdam rayonunun Çıraqlı, Əhmədağalı və Sarıcalı kəndlərindən üzbəüz mövqelərimizin 8 postuna atıcı silahlardan atəş açmışlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.