Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 6-da saat 13:00-dan 17:00-dək düşmən Füzuli rayonunun Aşağı Veysəlli kəndinin 2,5km. cənub-qərbində yerləşən otlaq sahəsini yandırmışdır.
Avqustun 6-sı və 7-də müxtəlif saatlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs pozulmuşdur. Bu vəziyyət Ağdam rayonunun Şıxlar, Mərzili, Tərtər rayonunun Karmiravan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Daşkəsən rayonunun Arçınqıldağ dağında, Füzuli rayonunun Qərvənd kəndi və Xocavənd rayonunun Kuropatkino kəndlərində daha geniş şəkil almışdır. Avtomat və pulemyotlardan aramsız atəşlər açan düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşilə susmağa məcbur olmuşdur.
İtki yoxdur.