Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Ramştayn şəhərində (Almaniya) Uçuş təhlükəsizliyi mövzusunda seminar (25 -27 sentyabr);
- Mons şəhərində (Belçika) “NATO-nun Birləşmiş Əməliyyatlar Komandanlığı və Tərəfdaşlığın Koordinasiyası” üzrə konfrans (25-27 sentyabr);
- Budapeşt şəhərində (Macarıstan) “Qərargah zabitləri üçün hərbi terminologiya” kursu (25 sentyabr- 05 oktyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.