Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2007 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Oslo şəhərində (Norveç) Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində “Müdafiə siyasəti və strategiyası üzrə” konfrans (17-19 sentyabr);
- Ankara şəhərində (Türkiyə) “Anadolu Qartalı-2008” təliminin İlkin Planlaşdırma Konfransı (19 sentyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Münhen şəhərində “Mühəndis-istehkam Qoşunları-Ekspert danışıcıları” (17-18 sentyabr);
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sofya şəhərində “Çoxmillətli əməliyyatlarda mülki-hərbi əməkdaşlıq üzrə” kurs (17-28 sentyabr);
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində “Hava Hücumundan Müdafıə Qoşunları zabitləri üçün təməl kurs” (17 sentyabr-21 mart), İzmir şəhərində “Mühəndis Qoşunları gizirləri üçün təməl kurs” (17 sentyabr-30 may), Bursa şəhərində “Baytarlıq hakimi ixtisası üzrə staj” (17 sentyabr-30 noyabr), Samsun şəhərində “Səhra xidmətləri üzrə təməl kurs” (17 sentyabr-07 dekabr), Ankara şəhərində “Rabitə zabitləri üçün təməl kurs” (18 sentyabr-08 iyun);
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sevastopol şəhərində (Ukrayna) “Harvard proqramı üzrə kurs məzunlarının görüşü” (22-26 sentyabr), Ramşteyn şəhərində (Almaniya) “Aerodrom xidməti ilə tanışlıq (22-29 sentyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.