Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət İdarəsinin direktor müavini briqada generalı Uilyam Meyveli qəbul etdi.
Nazir Səfər Əbiyev görüş zamanı Azərbaycan-ABŞ əməkdaşlığı sahəsində həyata keçirilən işlərdən və bu əməkdaşlığın perspektivlərindən söhbət açdı. O, bildirdi ki, bu əlaqələr strateji xarakter daşıyır, biz bunu gələcəkdə daha da dərinləşdirməliyik.
General-polkovnik S. Əbiyev regiondakı vəziyyətə və Ermənistanın işğalçı siyasətinə toxunaraq qeyd etdi ki, beynəlxalq təşkilatlar və münaqişənin həllinə maraq göstərən dövlətlər Ermənistanı bu mövqedən çəkindirmək üçün qətiyyət nümayiş etdirməlidirlər. Əks təqdirdə Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün öz imkanlarından istifadə edəcəkdir.
Briqada generalı U.Meyvel Müdafiə naziri S.Əbiyevin fikirlərinə münasibət bildirərək problemin ciddiliyini ABŞ-ın diqqət mərkəzində saxladığını önə çəkdi. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının inkişafında ölkəsinin maraqlı olduğunu bildirdi.
Görüşün sonunda “Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı” general-polkovnik S.Əbiyev tərəfindən imzalandı. Həmin sənədi Amerika tərəfdən isə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı general Kraddok imzalamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.