Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Skövde şəhərində (İsveç) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı üzrə qiymətləndiricilər üçün təlim kursu (10-14 sentyabr);
Budapeşt şəhərində (Macarıstan) “Combined Endevor 2008” təliminin planlaşdırma konfransı (10-14 sentyabr) və “Hərbi İngilis dili” kursu (10 sentyabr -30 noyabr);
Sevastopol şəhərində (Ukrayna) “Cooperative Marlin 2007” təlimi (11-20 sentyabr);
Nyuport şəhərində (ABŞ) “İngilis dili” kursu (11-28 sentyabr);
Qarmiş-Partinkirxen şəhərində (Almaniya) təhlükəsizlik proqramı üzrə kurs (14 sentyabr -9 dekabr) keçirilir.
Azərbaycan Respublikası ilə Belarusiya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Minsk şəhərində “Hərbi təhsil sahəsində əməkdaşlıq üzrə işçi görüşu” (10-11 sentyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Hammelberq şəhərində “BMT Hərbi Müşahidəçi kursu” (10-28 sentyabr) və Bakı şəhərində “Gizirlərin təlim və təhsili üzrə ekspert görüşü” (11-16 sentyabr);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vışkov şəhərində (Çexiya) “Təlimatçı hazırlığı” kursu (10 sentyabr-2 noyabr);
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sofya şəhərində “Hərbi İngilis  dili” kursu (10 sentyabr-21 dekabr);
 Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində yüksək səviyyəli hərbi dialoq iclasının təşkili üzrə müzakirələr (12 sentyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.