Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25-də gün ərzində fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;   
- saat 17:35-dən 18:00-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 26-da saat 00:01-dən 00:11-dək və saat 01:35-dən 01:40-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;  
- saat 01:20-dən 01:30-dək Füzuli rayonunun Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:35-dən 04:45-dək Tərtər rayonunun Çiləbürt və Çaylı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;   
- saat 06:10-dan 06:30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.