Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qiivvələrinin bölmələri sentyabrın 23-də saat 07:30-dan 08:00-dək, saat 15:50-dən 16:55-dək və saat 22:15-dən 23:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 23:20-dən 23:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;   
- sentyabrın 24-də saat 00:00-dan 00:22-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;   
- saat 00:45-dən 00:55-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;  
- saat 01:25-dən 01:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.