Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 08:40-dan 09:15-dək fasilələrlə, saat 13:30-dan 13:45-dək, saat 16:10-dan 16:20-dək və saat 22:10-dan 23:00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
  - saat 15:00-dan 15:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin  yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:30-dan 21:00-dək Daşkəsən rayonunun ərazisindəki Ağdam dağında yerləşən mövqelərdən;   
- saat 21:15-dən 22:15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;  
- sentyabrın 22-də saat 00:30-dan 00:55-dək və 01:30-dan 01:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 01:25-dən 01:35-dək Füzuli rayounun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03:00-dan 03:25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.