Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qiivvələrinin bölmələri sentyabrın 20-də saat 12:00-da, saat 14:05-dən 14:30-dək, saat 15:10-dan 16:00-dək və saat 23:00-dan 23:25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:40-dan 22:55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 21-də saat 01:00-dan 01:20-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;  
- saat 04:00-dan 04:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:20-dən 04:50-dək Xocavənd rayonunun Kuropatkino kəndinin  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
 Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
 İtki yoxdur.