Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 18-də saat 08:20-dən 09:50-dək, saat 15:10-dan 15:20-dək və saat 21:15-dən 00:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və həmin rayonun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 18:20-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 19-da saat 00:50-dən 01:50-dək və saat 04:50-dən 05:15-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:15-dən 01:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03:10-dan 03:20-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;  
- saat 03:30-dan 04:00-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.