Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 17-də saat 19:40-dan 19:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və həmin rayonun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:20-dən 21:30-dək və saat 05:45-dən 05:50-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:20-dək Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:55-dən 23:05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 18-də saat 00:15-dən 00:30-dək Füzuli rayonunun Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:10-dan 05:45-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.