Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 16-da saat 20:50-dən 21:00-dək Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:20-dən 21:35-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:00-dan 23:40-dək Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin, Ağdam rayonunun Mərzili və Xocavənəd rayonunun Kuropatkino kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:45-dən 00:40-dək Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 17-də saat 00:40-dan 01:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və həmin rayonun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 01:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:30-dan 02:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şurabad, Şıxlar kəndlərinin və Tərtər rayonunun Qızıloba kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:15-dən 04:30-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında  yerləşən mövqelərdən;
- saat 05:40-dan 05:55-dək Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlar və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.